Nazirliyin Elmi-Texniki Şurası

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Elmi-Texniki Şurası əhalinin və ərazinin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, yanğından mühafizə, sənaye və radiasiya təhlükəsizliyi, mülki müdafiə sahəsinin tənzimlənməsi məsələləri üzrə kollegial ekspert məsləhətçi orqandır.

Şuranın tərkibi sədrdən, sədr müavinindən, elmi katibdən və Şuranın üzvlərindən ibarətdir. Şuraya fövqəladə hallar naziri tərəfindən müəyyən edilən nazir müavini sədrlik edir. Şuranın tərkibi fövqəladə hallar nazirinin əmri ilə təsdiq olunur.

Şuranın üzvləri Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləridir. Şuranın tərkibinə digər mütəxəssislər də cəlb oluna bilər.