Geri

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti matros-xilasedici vəzifəsinə müsabiqə ELAN edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir.

2023-cü ilin çimərlik mövsümü ərzində vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

· şəxsiyyət vəsiqəsi;

· əmək kitabçası (olanlar üçün);

· tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənəd;

· sağlamlıq haqqında arayış (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən);

· 3x4 ölçüdə qırmızı fonda 2 ədəd fotoşəkil.

Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuş normativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

Sənədlər 2023-cü il mart ayının 28-dən etibarən hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində qəbul edilir.

Əlaqə telefonları: (012) 512-17-24, (012) 512-17-26.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzində "Milli tariximizin Heydər Əliyev dövrü tərəqqi və inkişaf mərhələsi olmuşdur" mövzusunda tədbir keçirilib

22 sentyabr 2023-cü il tarixində FHN-in Bakı Regional Mərkəzi tərəfindən "Heydər Əliyev İli"nə həsr olunmuş "Milli tariximizin Heydər Əliyev dövrü tərəqqi və inkişaf mərhələsi olmuşdur" mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Mərkəzi univermaq binasının bir hissəsinin çökmə ehtimalının olması barədə məlumat daxil olub. ...

Ardını oxu