AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİBB XİDMƏTİ

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi rayonunda yerləşən “Atena” süd emalı zavodunda yanğına qarşı maarifləndirmə tədbiri keçirib. 17 yanvar 2022-ci il


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub. 17 yanvar 2022-ci il


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 17 yanvar 2022-ci il


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...


Qəbələ rayonunun Laza kəndində yolun qarlı-buzlu olması səbəbilə “Toyota” markalı minik avtomobilinin dərəyə sürüşmə təhlükəsinin yaranması, sürücü...


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər...

Ümumi məlumat


Tibb Xidməti Nazirliyin şəxsi heyətinə və onların ailə üzvlərinə müayinə, müalicə və reabilitasiya xidməti göstərən; şəxsi heyətinin tibbi ekspertizasının aparılmasını, hərbi qurumların komplektləşdirilməsində tibbi təminatı həyata keçirən; fəlakət zonalarında epidemioloji şəraitin proqnozlaşdırılmasını, kütləvi xəstəliklərin qarşısının alınmasının koordinasiyasını, xəsarət alanlara ilkin tibbi yardım göstərilməsini; sanitar-gigiyenik və əks-epidemik tədbirlərin aparılmasını, zəruri hallarda müxtəlif sahələr üzrə ixtisaslaşdırılmış tibbi ekspertizanı təşkil edən qurumdur.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


FHN Tibb Xidməti 2006-ci ilin fevral ayında fəaliyyətə başlayıb. Tibb Xidməti Nazirliyin şəxsi heyətinə və onların ailə üzvlərinə müayinə və müalicə xidmətlərini təşkil etməklə yanaşı, şəxsi heyətin tibbi ekspertizasının aparılmasını, fəlakət zonalarında epidemioloji şəraitinin proqnozlaşdırılmasını, kütləvi xəstəliklərin qarşısının alınmasının koordinasiyasını, sanitar-gigiyenik və əksepidemik tədbirlərin aparılmasını həyata keçirilir.

 

Önləyici tədbirlər

Müalicə-profilaktika şöbəsi tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsini və koordinasiyasını həyata keçirir, eləcə də onların iş praktikasında yeni profilaktika, diaqnostika və müalicə üsüllarının tətbiq edilməsi üçün tədbirlər görür.

Nəticələrinin aradan qaldırılması

əhalinin fövqəladə hallardan qorunmasmda öz səlahiyyətləri daxilində iştirak etmək, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında Nazirliyin digər strukturları və müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə iştirak etmək;

Normativ tənzimləmə

Xidmətinin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafınm təmin edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Rəhbərlik haqqında məlumat


Pərviz Mustafa oğlu Vəliyev

Azərbaycan Respublikası FHN Tibb xidməti rəisi tibb xidməti polkovniki.

06.08.1968-ci ildə Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuşdur,
1993-cü ildə Azərbaycan Dövlət Tibb İnistitutunu bitirmişdir.
Ailələidir, 4 övladı var.

Salman İsrafil oğlu Məmmədov

Azərbaycan Respublikası FHN Tibb xidməti Tibb işləri üzrə rəis müavini, tibb xidməti polkovnikı.

05.05.1964-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuşdur.
1992-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
Ailəlidir. 2 övladı var.

 

 

Rəfiq Faiq oğlu Mirişli

Azərbaycan Respublikası FHN tibb xidməti istismar və iqtisadi işlər üzrə rəis müavini, polkovnik.

02.06.1972-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.
1994-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
Ailəlidir. 3 övladı var.

Mirzəyeva Aidə Rəfail qızı

Azərbaycan Respublikası FHN Tibb xidməti rəisinin muavini, tibb xidməti kapitanı

23.08.1980-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub.
2003-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. Tibb üzrə fəlsəfə doktorudur.
Ailəlidir. 2 övladı var.