AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞIN NƏZARƏTİ XİDMƏTİ

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 01 dekabr 2023-cü il


Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “ 8 Noyabr” stansiyasında təlim keçirilib. 01 dekabr 2023-cü il


  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal kūçəsi 145 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub. 30 noyabr 2023-cü il


Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.


Bakı şəhərinin Xətai rayonunda "BMW" markalı minik avtomobilinin...


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhərində 1 nəfərin fərdi yaşayış evinin ikinci mərtəbəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ümumi məlumat


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində binaların və qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri, istismarı dövründə yanğın təhlükəsizliyi sahəsində norma, standartların və qaydaların tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını aparan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmlakının yanğından icbari sığortasının həyata keçirilməsinə dövlət yanğın nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Xidmət yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarəti təmin edir, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını, həmçinin yanğın təhlükəsizliyi sahəsində idarəetməni, əlaqələndirməni və dövlət yanğın nəzarətini həyata keçirir.

 

Yanğın təhlükəsizliyi

Dövlət Yanğın Nəzarəti Xidmətində mütamadi olaraq ölkə ərazisində yanğın təhlükəsizliyinin vəziyyəti müzakirə olunur, Dövlət Yanğın Nəzarəti qurumlarının fəaliyyəti istiqamətləndirilir, yanğın təhlükəsizliyi sahəsində idarəetmə təkmilləşdirilir, yanğın təhlükəsizliyinin monitorinqini və proqnozlaşdırılmasını həyata keçirmək məqsədilə tədbirlər müəyyənləşdirilir.

Əhalinin marifləndirilməsi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti əhalini yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirmək məqsədilə müxtəlif mövzuları əhatə edən regional seminarlar keçirir, yerlərdə yanğına qarşi təbliğat xarakterli səyyar foto – sərgilər nümayiş etdirir.

Beynəlxalq əlaqələr

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti müvafiq beynəlxalq təşkilatlar və xarici dövlətlərin yanğın nəzarəti orqanları ilə öz səlahiyyətləri daxilində əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq hüququna malikdir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti müvafiq beynəlxalq təşkilatlar və xarici dövlətlərin yanğın nəzarəti orqanları ilə öz səlahiyyətləri daxilində əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq hüququna malikdir.

Rəhbərlik haqqında məlumat


Aqşin Böyükağa oğlu Kazımov

Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət polkovniki.

28 noyabr 1965-ci ildə Bakı şəhərində anadan olub.
SSRİ DİN Ali Mühəndislər Yanğın Texniki Məktəbini bitirib.
Ailəlidir. 3 övladı var.

 

Səyavuş Məhyəddin oğlu Qasımov

Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki.

05 iyul 1968-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasını bitirib.
Ailəlidir. 2 övladı var.

 

Vaqif Tofiq oğlu İbrahimov

Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki.

15 may 1979-cu ildə Qəbələ şəhərində anadan olub.
Azərbaycan Kooperasiya İnstitutunu və Ukrayna Respublikasının Kiyev Dövlət Universitetini bitirib.
Ailəlidir. 3 övladı var.